İsveçrə millisinin hücumçusu "Beşiktaş"a keçə bilər

16:20 - 28 May 2025

"Börnli"nin hücumçusu Zekki Amduni karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Beşiktaş" icarə  əəsasında "Benfika"da çıxış edən isveçrəlli futbolçunu heyətinə qatmaq istəyir. Bu barədə "Sabah" nəşri məlumat yayıb.

"Börnli" oyunçusu üçün 20 milyon avro təzminat tələb edir. Bu məbləği ödəyə bilməyən "Beşiktaş" 24 yaşlı forvardı icarəyə götürməyə çalışır.

Qeyd edək ki, "Benfika"  Zeki Amdunini mövsümün əvvəlində icarəyə götürüb. İsveçrə millisinin üzvü Liissabon təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti