Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında 1/4 final mərhələsinin oyunları keçirilir.
Sportal.az xəbər verir ki, bu gün Azərbaycan milli komandası İngiltərə seçməsi ilə üz-üzə gəlib. Qarşılaşma Elşad Quliyevin yetirmələrinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Yığmamız yarımfinalda sabah Monteneqro ilə qarşılaşacaq.
Dünya çempionatı 1/4 final
29 may
20:30. İngiltərə - Azərbaycan - 1:2
Qollar: Bham Mussa, 35 - Təmkin Xəlilzadə, 14. Fitsgerald Sem, 48 (öz qapısına)