Qadın voleybolçulardan ibarət Azərbaycan yığması Qızıl Avropa Liqasında mübarizəyə başlayır.
Sportal.az xəbər verir ki, komandamız Bakıda keçirilən ilk turnirin açılış matçında meydana çıxacaq.
Faiq Qarayevin baş məşqçisi olduğu millinin rəqibi Macarıstan olacaq. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək görüş saat 18:00-da başlanacaq.
Voleybolçularımız növbəti oyununu iyunun 1-də Slovakiyaya qarşı keçirəcəklər.
saytlarin hazirlanmasi