"Sabah"ın legioneri: "Əksər insanlar üçün "Qarabağ" finalın favoritidir" - MÜSAHİBƏ

14:48 - 30 May 2025

"Sabah"ın müdafiəçisi Con İrazabal Sportal.az saytına müsahibə verib.

- Bu mövsüm Premyer Liqadakı çıxışınızı necə dəyərləndirirsən?

- Məncə, bu mövsüm Premyer Liqa bizim üçün uğur alınmadı. Amma ölkə kubokunun finalında oynayacağıq. Görək çempionatdakı çıxışımızı kubokdakı uğurlu nəticə ilə yaxşılaşdıra biləcəyikmi, baxacağıq. 

- "Sabah”ın kubokun finalındakı şanslarını necə qiymətləndirirsən?

- Final bir oyundan ibarətdir. Demək ki, hər iki komanda üçün şanslar eynidir. 

- Razısan ki, “Qarabağ”ın finalın aşkar favoritidir?

- "Qarabağ" hər mövsüm öz istedadını göstərir. Əksər insanlar üçün “Qarabağ” finalın favoritidir. 

- Komandan tarixində ilk dəfə kubokunu necə qazana bilər?

- Oyun zamanı hər bir hərəkətdə çox diqqətli olmaq vacib olacaq. Topla cəsarətli olub, xətlər arasındakı ötürmələri ən yaxşı şəkildə bağlamağa çalışmalıyıq.

- Maraqlıdır ki, bu mövsüm yeganə qolunuzu məhz kubokda vurmusunuz. “Qarabağ”a qol vurmaq fikriniz varmı?

- Komandanın titul qazanmasına kömək edə bilsəm, xüsusi olaraq qol vurmaq xoş olardı.

- Müqaviləniz mövsümün sonunda başa çatır. Sizi yeni mövsümdə “Sabah” da görəcəyik?

- Oyundan sonra fərdi vəziyyətlər haqqında danışmağa vaxtımız olacaq.

Mirbağırağa

Xəbər xətti