"Yuventus" Samuel Mbanqula ilə yollarını ayırmağa hazırdır.
Sportal.az xəbər verir ki, "Tuttosport"un məlumatına görə, Turin klubu 21 yaşlı yarımmüdafiəçi üçün minimum 20 milyon avro dəyərində təklifləri nəzərdən keçirməyə hazırdır. Klub hesab edir ki, Mbanqulanın satışı maliyyə ilini müsbət balansla başa vurmağa kömək edəcək.
Bildirilir ki, Belçikalı futbolçuya "Bayer", "Leyptsiq", "Bornmut" və "Nottingem Forest" klubları maraq göstərir.
Mbanqula 2024/25 mövsümündə A Seriyasında keçirdiyi 23 oyunda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi