"Fənərbaxça" Maneni transfer etmək istəyir

19:59 - 29 May 2025

"Əl-Nəs"in futbolçusu Sadio Mane karyerasını Türkiyədə davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Fənərbaxça" seneqallı vingeri transfer etmək istəyir. Bu barədə "Sabah" nəşri məəlumat yayıb.

İstanbul nəhəngi 33 yaşlı futbolçu ilə danışıqlara başlayacaq. Təcrübəli oyunçu özü Səudiyyə Ərəbistanı klubundan ayrılmağı planlaşdırır.

Qeyd edək ki, "Əl-Nəsr" Sadio Maneni 2023-cü ilin avqust ayında "Bavariya"dan transfer edib. Saneqal millisinin üzvü bu mövsüm "sarı-göylər"in heyətində meydana çıxdığı 47 rəsmi matçda 18 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti