"Şamaxı" legionerini buraxmadı

14:19 - 28 May 2025

Alfons Msanqa daha bir il “Şamaxı”da çıxış edəcək.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasında razılaşmaya görə, 22 yaşlı tanzaniyalı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Msanqa bu ilin əvvəldə Azərbaycan klubuna gəlib. O, “Şamaxı” ilə 6 ay + 1 il şərtilə razılaşmışdı.

Xəbər xətti