Bir müddət əvvəl vətəninə qayıdan braziliyalı müdafiəçi Yuri Matias "Neftçi" ilə yollarını ayırdığını rəsmən təsdiqləyib.
Sportal.az xəbər verir ki, “Uirapuru Jaguaribana”ya açıqlama verən Matias bunları bildirib:
"Bəli, Portuqaliya, İran, Rumıniya və Azərbaycan karyeramdan sonra Braziliyaya qayıtmışam. İndi ailəmlə qısamüddətli istirahətə çıxacam. Yalnız bundan sonra gələcək haqqında düşünəcəm".
Xatırladaq ki, 30 yaşlı stoper 2022/2023 mövsümünün əvvəlindən “Neftçi”nin formasını geyinir və müqavilə müddəti gələn ayın sonunda başa çatır.