14 il sonra "Qalatasaray"ı tərk edir - RƏSMİ

14:30 - 29 May 2025

"Qalatasaray"ın əfsanəsi Fernando Muslera komandadan ayrılır.

Sportal.az xəbər verir ki, bu gün uruqvaylı qapıçının iştirakı ilə mətbuat konfransı təşkkil olunub.

38 yaşlı qolkiper sabah Super Liqanın 38-ci turunun "Başakşehir"lə matçının onun üçün "Qalatasaray" forması ilə sonuncu oyun olacağını bildirib. 

Qeyd edək ki, "Qalatasaray" Fernando Musleranı 2011-ci ilin yayında "Latsio"dan transfer edib. Təcrübəli "əlcək sahibi" İstanbul təmsilçisinin heyətində 550 rəsmi matçda iştirak edib. O, "cim bom" forması ilə ümumilikdə 19 titul (8 Super Liqa, 6 Türkiyə Super Kuboku, 5 Türkiyə Kuboku) qazanıb. Muslera "Qalatasaray"ın heyətində ən çox kubok qazanan futbolçudur.

Xəbər xətti