"Sabah" "Qarabağ"ı belə məğlub edərək kubokun sahibi oldu - GENİŞ İCMAL

23:42 - 31 May 2025

Bu gün Azərbaycan Kubokunda 2024/2025 mövsümünə yekun vurulub.

Sportal.az xəbər  verir ki, final matçında turnirin son qalibi "Qarabağ"la "Sabah" üz-üzə gəlib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcən qarşılaşmanın əsas vaxtı 2:2 hesablı bərabərliklə başa çatıb. Əlavə vaxtda fərqlənən "Sabah" tarixi ərzində ilk dəfə ölkə kubokunun qalibi olub.

Azərbaycan Kuboku, final

31  may (şənbə)

“Qarabağ” – “Sabah” 2:3
Qollar:
 Kadi Borges 45+2, Con İrasabal, 68 (avtoqol) - Pavol Safranko 35(p), Kahim Parris, 90+7, Tellur Mütəllimov, 120

Xəbər xətti