Azərbaycan milli komandasının üzvü Mahir Emrelinin “Hall Siti”nin təklifindən imtina etməsindən sonra Almaniya klubları yenidən hərəkətə keçib. Karyerasına Almaniyada davam etmək istəyən Emreli Türkiyə Superliqasında da oynamaq variantından vaz keçib.
Sportal.az saytına verilən məlumata görə, “Herta” və “Hoffenhaym” klubları Mahirlə danışıqları bərpa ediblər. Hər iki klub ona 1+1 illik müqavilə təklif edib. Başa çatan mövsümü “Nürnberq”də başa vurmuş Emrelinin seçimini hansı klubdan yana edəcəyi hələ ki bəlli deyil.
saytlarin hazirlanmasi