"Napoli" "Mançester Yunayted"in hücumçusunu transfer etmək istəyir

21:30 - 20 Avqust 2025

"Mançester Yunayted"in hücumçusu Rasmus Höylunn İtaliyaya qayıda bilər.

Sportal.az xəbər verir ki, "Napoli" danimarkalı futbolçunu transfer etmək istəyir. Bu barədə insayder Canluka Di Martsio məlumat yayıb.

A Seriyasının qalibi Höylunn üçün İngiltərə klubu ilə danışıqlara başlayıb. "Napoli" 22 yaşlı forvardı satınalma bəndi ilə icarəyə götürməyə çalışır.

Qeyd edək ki, "Mançester Yunayted" Rasmus Höylunnu 2023-cü ilin yayında "Atalanta"dan 77 milyon avroya transfer edib. Danimarka millisinin üzvü ötən mövsüm "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 52 rəsmi matçda 10 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti