"Vest Hem"in yarımmüdafiəçisi "Fənərbaxça"da

16:39 - 22 Avqust 2025

"Fənərbaxça" yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, İstanbul nəhəngi "Vest Hem"dən Edson Alvaresi satınalma bəndi ilə icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Meksikalı futbolçu tibbi müayinədən keçmək və müqavilə imzalamaq üçün Türkiyəyə gedib.

Qeyd edək ki, "Vest Hem" Edson Alvaresi 2023-cü ilin yayında "Ayaks"dan transfer edib. Meksika millisinin üzvü olan 27 yaşlı yarımmüdafiəçi ötən mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 29 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb

Xəbər xətti