"Beşiktaş"ı "Kocaelispor"a dəyişdi - RƏSMİ

18:36 - 22 Avqust 2025

Türkiyənin "Kocaelispor" klubu heyətini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisi "Beşiktaş"dan Tayfur Bingölü transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Kocaelispor" 32 yaşlı yarımmüdafiəçi ilə 2+1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, "Beşiktaş" Tayfur Bingölü 2022-ci ilin yayında "Alanyaspor"dan transfer etmişdi. Təcrübəli futbolçu ötən mövsüm icarə əsasında "Eyüpspor"da çıxış edib.

Xəbər xətti