"Barselona"da şok itkilər

19:51 - 26 Sentyabr 2025

İspaniyanıın "Barselona" klubunun heyətində ciddi itkilər baş verib.

Sportal.az xəbər verir ki, La Liqa nəhənginin qapıçısı Xoan Qarsiya və vingeri Rafinya sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İspaniyalı qolkiper dizindən zədələnib. 24 yaşlı "əlcək sahibi" 4-6 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Rafinyada isə əzələ zədəsidir. Braziliya futbolçu 3 həftə sonra komandaya qoşula biləcək.

Qeyd edək ki, Xoan Qarsiya bu mövsün "Barselona"nın heyətində 7 rəsmi matçda meydana çıxıb. Rafinya isə 7 oyunda 3 qol vurub, 2 qol ötürməsi edib.

Xəbər xətti