Millimizin üzvü oynadı, komandası uduzdu

19:49 - 19 Oktyabr 2025

Niderland Yüksək Liqasında (Erediviziya) 9-cu turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Ozan Can Kökçünün formasını geyindiyi "Volendam" "Utrext"in qonağı olub.

Yarımmüdafiəçinin 82 dəqiqə meydanda olduğu matç komandasının 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Aktivində 7 xalı olan "Volendam" turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

Xəbər xətti