"Sabah"da ciddi itki - "Zirə"yə qarşı oynamayacaq

17:16 - 17 Oktyabr 2025

"Zirə" ilə oyuna hazırlaşan "Sabah" ciddi itki ilə üzləşib. Pavol Safranko zədələnib. 

Sportal.az-ın əldə etdiyi məlumata görə, Safranko klubun U-19 komandası ilə oyununda zədə alıb. Baş məşqçi Dambrauskasın istəyi ilə keçirilən hazırlıq matçı əsas komandanın irihesablı qələbəsi ilə yekunlaşıb. Amma slovakiyalı hücumçunun zədələnməsi məyusluq yaradıb. 

Klubdan aldığımız məlumata görə, Safrankonun "Zirə" ilə matçı buraxacağı dəqiqdir. Zədənin nə qədər ciddi olduğu həkimlərin ətraflı müayinəsindən sonra bilinəcək. 

Qeyd edək ki, Misli Premyer Liqasının 8-ci turunun "Sabah" - "Zirə" oyunu oktyabrın 19-da olacaq. Matç "Bank Respublika Arena"da keçiriləcək, saat 16:00-da başlanacaq. 

Xəbər xətti