"Real"ın sabiq futbolçusu 38 yaşında insult keçirdi

23:05 - 19 Oktyabr 2025

Niderland millisinin sabiq yarımmüdafiəçisi Royston Drente insult keçirib.

Sportal.az xəbər verir ki, Drentenin çıxış etdiyi həvəskar FC de Rebellen klubu bildirib ki, 38 yaşlı futbolçunun səhhətindəki problemlər cümə günü yaranıb. Hazırda xəstəxanaya yerləşdirilən Roystonun vəziyyətinin stabil olaraq dəyərləndirildiyi bildirilir.

Qeyd edək ki, Drente “Real”, “Everton”, “Alaniya” və “Feyenoord” klublarında çıxışları ilə tanınır.

Xəbər xətti