“Real” və “Xetafe” ABŞ-da keçiriləcək La Liqa oyununa qarşı etirazlara qoşulublar. Dekabr ayında keçiriləcək “Vilyarreal” – “Barselona” oyunu Floridada baş tutacaq.
Sportal.az xəbər verir ki, buna etiraz olaraq, çempionatda iştirak edən bütün komandalar - bu qərarla birbaşa əlaqəsi olan iki klub istisna olmaqla — 9-cu turun oyunlarının ilk 15 saniyəsində heç bir hərəkət etməmək barədə qərar qəbul ediblər.
“Real” və “Xetafe” də bu aksiyanı dəstəkləyiblər. Əvvəlki hallarda olduğu kimi, etiraz anları efirə daxil edilməyib.
Azarkeşlər “Tebas, istefa ver!” şüarları səsləndiriblər.
saytlarin hazirlanmasi