Almaniya 2-ci Bundesliqasında 9-cu turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Mahir Emrelinin formasını geyindiyi "Kayzerslautern" səfərdə "Karlsrue" ilə üz-üzə gəlib. Qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 18-ə yüksəldən "Kayzerslautern" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Mahir bu matçda iştirak etməyib. 28 yaşlı hücumçunun adı bu dəfə də matçın iştirak ərizəsinə daxil edilməyib.
saytlarin hazirlanmasi