"Milan"ın futbolçusu millidən zədəli qayıtdı

00:28 - 17 Oktyabr 2025

“Milan”ın yarımmüdafiəçisi Adrian Rabyo böyük ehtimalla bir neçə həftə meydançadan kənarda qalacaq. Futbolçu Fransa yığmasından qayıdarkən zədə almışdı və bu səbəbdən 2026 Dünya Çempionatı seçmə mərhələsindəki İslandiya ilə oyunu (2:2) buraxmışdı.

Sportal.az xəbər verir ki, “Milan” klubunun məlumatına görə, Rabyo tibbi müayinədən keçib və baldır əzələsində zədə aşkar edilib.

Təkrar müayinə 10 gün sonra aparılacaq. 30 yaşlı yarımmüdafiəçinin sağalması üçün ehtimal ki, bir neçə həftə tələb olunacaq.

Qeyd edək ki, zədədən əvvəl Rabyo “Milan”da 5 oyuna çıxış etmiş, 1 assist qeyd etmişdi.

Xəbər xətti