Futbol üzrə Azərbaycan I Liqasında V turun oyunları davam edir.
Sportal.az xəbər verir ki, bu gün keçirilən qarşılaşmada MOİK "Cəbrayıl"ı qəbul edib. Matç meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, MOİK 4 xalla 7-ci, "Cəbrayıl" isə 3 xalla 8-ci sıradadır.
I Liqa, V tur
MOİK - "Cəbrayıl" 4:1
Qollar: S.Fərəcov, 7, 60, 48 (pen), E.Məmmədov, 51 - T.Əhmədov, 77
Qırmızı vərəqə: Z.Abdurahmanov, 63 (MOİK)