PSJ müdafiəçi Villian Paço ilə yeni müqavilə imzalamağa hazırlaşır.
Sportal.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Liqa 1 nəhəngi artıq ekvadorlu futbolçu ilə danışıqlara başlayıb. 24 yaşlı mərkəz müdafiəçisinin 2029-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan sözləşməsi 1 il uzadılacaq. Oyunçunun maaşı da artırılacaq.
Qeyd edək ki, PSJ Villian Paçonu 2024-cü ilin yayında "Ayntraxt"dan 40 milyon avroya transfer edib. Ekvador millisinin üzvü bu mövsüm Paris təmsilçisinin heyətində 12 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi