UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibi olan "Çelsi" ciddi itkilərlə üzləşib.
Sportal.az xəbər verir ki, komandanın aparıcı oyunçularından olan Koul Palmer və Benua Badyaşil 6 həftə yaşıl meydanlardan kənar qalacaq. Bu barədə baş məşqçi Entso Mareska məlumat yayıb.
Hər iki futbolçu dekabr ayında komandaya kömək edə biləcək.
Qeyd edək ki, "Qarabağ"ın "Çelsi" ilə oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 20:45-də start götürəcək.
saytlarin hazirlanmasi