Azərbaycan Millətlər Liqasına qələbə ilə başladı

15:53 - 17 Oktyabr 2025

Bakıda amputant futbolu üzrə Millətlər Liqasının C qrupuna start verilib.

Sportal.az xəbər verir ki, açılış oyununda Azərbaycan millisi Belçika ilə qarşılaşıb.

“ASCO Arenada” keçirilən matç yığmamızın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin qollarını Fərhad Əyyubov (2 qol) və Sənan Hacıyev vurublar.

Qeyd edək ki, Azərbaycan millisi sabah İsrail, oktyabrın 19-da isə Niderland və Ukrayna milliləri ilə qarşılaşacaq.

Xəbər xətti