"Sabah"ın kapitanı sıradan çıxdı - 2-3 ay oynamayacaq

15:33 - 18 Oktyabr 2025

"Sabah" Coy-Lens Mikelsdən sonra daha bir futbolçusunun xidmətindən yararlana bilməyəcək.

Sportal.az saytına verilən məlumata görə, kapitan Pavol Safranko sıradan çıxıb. Slovakiyalı hücumçu milli fasilədə klubun U-19 komandası ilə keçirilən hazırlıq matçında zədələnib.

Safrankonun zədəsi ciddidir. 31 yaşlı forvard təxminən 2-3 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Pavol Safranko bu mövsüm "Sabah"ın heyətində meydana çıxdığı 11 rəsmi matçda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti