"Şahdağ Qusar" - "Şimal" matçında 6 qol, 1 qırmızı vərəqə - VİDEO

18:33 - 6 Noyabr 2025

Futbol üzrə Azərbaycan I Liqasında VII turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, bu gün "Şahdağ Qusar" Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda "Şimal"ı qəbul edib. Qarşılaşma qusarlıların 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 10-a yüksəldən "Şahdağ Qusar" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. 2 xalı olan "Şimal" isə sonuncu yerdədir.

"Şahdağ Qusar" - "Şimal" 4:2
Qollar: 
R.Voronsov, 41, M.Məsimov, 81, E.Veysov, O.Fərəcov, 90+5 - İ.Səmədov, 35, F.Nadirov, 55
Qırmızı vərəqə: S.Əlişan, 90+1 ("Şimal")

Xəbər xətti