PSJ və Fransa milli komandasının sabiq üzvü Layvin Kurzavanın klubsuz günləri başa çata bilər.
Sportal.az “Footmercato”ya istinadən xəbər verir ki, “Boavişta”dan ayrıldıqdan sonra hələ də klubsuz qalmış 33 yaşlı müdafiəçiyə Asiyadan olan klublar daha çox maraq göstərir.
Futbolçunun xidmətində BƏƏ klubları maraqlıdır.
“Monako”, PSJ, “Fulhem”də oynamış Fransa millisinin sabiq üzvünün qış “transfer pəncərəsi” zamanı BƏƏ klublarından birinə keçəcəyi gözlənilir.
