"Düzü, Ülvi Babayevi çox da yaxından tanımıram. Sadəcə onun Rusiya kubokunda vurduğu qolları gördüm. Yaxşı nəticə verdiyini bilirəm. Düşünmürəm ki, Azərbaycan millisinin dəvətindən təkbaşına imtina etmək qərarı verib. Bəlkə də klubda əcnəbi oyunçu olacağından narahat idi. Amma ümumilikdə, gələcəkdə görəcəyik. O, hələ gəncdir və çox güman ki, Rusiyanın əsas millisində oynamaq istəyir. "Dinamo"nun baş məşqçisi Valeri Karpin həm də Rusiya millisinin baş məşqçisidir. Rusiya millisindəki rəqabət Azərbaycan millisindən daha yüksəkdir. Ona görə də Rusiyaya çağırılmaq üçün özünü sübut etməlidir".
Bu sözləri Sportal.az saytına açıqlamasında Azərbaycan milli komandasının sabiq forvardı Ruslan Qurbanov deyib.
Vaxtı ilə yığma komandamızda 26 matç keçirmiş Qurbanov AFFA-nın milliyə cəlb etmək istədiyi Ülvi Babayevdən və onun yığmamızın dəvətini geri çevirərək, Rusiyanın U-21 komandasını seçməsini şərh edib:
". Bilirsiz, özümüz güclü yerli futbolçular yetişdirməliyik, nəinki Azərbaycan millisində oynamaq üçün ürəyi olmayan birini dəvət etmək, ondan millidə oynamağı xahiş etmək. Bu, onların vətənidir və onlar bütün qəlbləri ilə qanları üçün oynamalıdırlar. Onu da deyim ki, inanın, hazırda Rusiya və Ukraynada yetişən oyunçular azərbaycanlı futbolçulardan güclü deyillər. Hər şey agentlərdən asılıdır".
Mirbağırağa
saytlarin hazirlanmasi
