İspaniyanın "Real" klubunda oktyabr ayının ən yaxşı oyunçusu müəyyənləşib.
Sportal.az xəbər verir ki, Arda Güler La Liqa nəhəngində ötən ayın ən yaxşısı seçilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Türkiyə millisinin üzvü olan 20 yaşlı yarımmüdafiəçi oktyabrda "kral klubu"nun heyətində meydana çıxdığı 4 oyunda 1 qol ötürməsi edib.
Qeyd edək ki, "Real" Arda Güleri 2024-cü ilin yayında "Fənərbaxça"da 26 milyon avroya transfer edib.
saytlarin hazirlanmasi
