"Qəbələ" və "Kəpəz" Rusiya klubunun futbolçusu ilə maraqlanır

17:16 - 10 Noyabr 2025

“Qəbələ” və “Kəpəz” Rusiyanın SKA klubunun 21 yaşlı dayaq yarımmüdafiəçisi Sadıq Bağıyevlə maraqlanır.

Sportal.az xəbər verir ki, bu barədə rusiyalı jurnalist Sergey İlyov özünün teleqram kanalnında məlumat paylaşıb.

Hər iki klub orta xətt oyunçusu ilə danışıqlara başlamağa və onun üçün kompensasiya ödəməyə hazırdır. Lakin futbolçu karyerasını Rusiyada qurmağa üstünlük verir.

Bağıyev üçün cari mövsümdə SKA-nın hetətində I Liqada meydana çıxdığı 16 oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Gənc oyunçu daha əvvəl “Kuban”, “Kuban Holding” və “Spartak”da (Tambov) çıxış edib. O, SKA-ya 2024-cü ilin sentyabrında qoşulub. Yarımmüdafiəçinin Xabarovsk təmsilçisi ilə müqaviləsi 2027-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulub.

Sadıq Bağıyev Azərbaycanın U-21 millisində 2 yoldaşlıq oyununda iştirak edib.

Xəbər xətti