"İnter"in müdafiəçisi ili başa vurdu

13:47 - 12 Dekabr 2025

Françesko Açerbi əzələ zədəsi səbəbindən bu il bir daha oynamayacaq. 

Sportal.az "Gazzetta dello Sport"a istinadən xəbər verir ki, "İnter"in müdafiəçisi Çempionlar Liqasında "Liverpul"a qarşı keçirilmiş matçda (0:1) aldığı zədə səbəbindən sıradan çıxıb.

37 yaşlı italyan futbolçu həmin matçın 31-ci dəqiqəsində məcburiyyətdən əvəzlənib. 

Açerbi 2025/2026 mövsümündə bütün yarışlarda 12 oyunda bir məhsuldar ötürmə edib.
 

Xəbər xətti