Argentina millisinin üzvü "İnter Mayami"ni tərk etməyəcək - RƏSMİ

15:12 - 12 Dekabr 2025

"İnter Mayami" "Atletiko"dan icarəyə götürdüyü Rodriqo De Paulla bağlı qərarını verib.

Sportal.az xəbər verir ki, MLS təmsilçisi argentinalı yarımmüdafiəçinin transfer hüquqlarına yiyələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

ABŞ klubu Argentinal millisinin üzvü üçün La Liqa nəhənginə 17 milyon dollar təzminat ödəyib. 31 yaşlı orta xətt oyunçusu ilə 2029-cu ilinn sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Rodriqo De Paul bu ilin yayından "İnter Mayami"də çıxış edir. Təcrübəli futbolçu komandanın heyətində meydana çıxdığı 26 rəsmi matçda 2 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti