Məhəmməd Salah “Liverpul”un heyətinə qayıdıb.
Sportal.az xəbər verir ki, 33 yaşlı cinah hücumçusu “Brayton”la oyunun iştirak ərizəsinə daxil edilib. Vinger əvvəlki Çempionlar Liqası oyununda “İnter”lə matçda (1:0) klub və baş məşqçini tənqid edən müsahibəsindən sonra heyətdə yer almamışdı. Bildirilirdi ki, bu gün Salahın Arne Slotla söhbəti baş tutacaq.
Qeyd edək ki, “Liverpul” və “Brayton” Premyer Liqanın 16-cı turu çərçivəsində dekabrın 13-də qarşılaşacaqlar.
