Mbappe Yamal və Haalandla eyni səviyyədə - dəyəri yüksəldi

22:28 - 12 Dekabr 2025

Kilian Mbappenin bazar dəyəri 200 milyon avroya yüksəlib.

Sportal.az xəbər verir ki, Transfermarkt La Liqa futbolçularının yenilənmiş dəyər siyahısını təqdim edib. “Real”ın hücumçusu 200 milyon avro ilə qiymətləndirilib. Bu, əvvəlki siyahı ilə müqayisədə 20 milyon avro çoxdur.

Beləliklə, fransız futbolçu dünyanın ən bahalı oyunçuları siyahısında Lamine Yamal (“Barselona”) və Erlinq Haaland (“Mançester Siti”) ilə eyni səviyyəyə yüksəlib.

Xəbər xətti