Ximenes "Milan"ı tərk edərsə...

00:19 - 13 Dekabr 2025

Jurnalist Matteo Morettonun məlumatına görə, "Milan" hücumçu axtarır. Əvvəllər bildirilmişdi ki, hücumçu Santiago Ximenes yanvarda klubdan ayrıla bilər.

Sportal.az xəbər verir ki, Ximenes və onun ətrafı "Milan"da oynamaq istəklərini açıq şəkildə bildirirlər. Ximenes üçün yanvarda klubdan ayrılmaq çətindir. Ola bilsin ki, iyunda vəziyyət dəyişəcək, amma hələlik futbolçu mövsümü «rossoneri» ilə başa vurmağı üstün tutur.

Moretto vurğulayır ki, vəziyyətlə bağlı müzakirələr növbəti bir neçə ay və həftə ərzində davam edəcək. Onun məlumatına görə, Meksikalı oyunçu üçün təkliflər Almaniya, İngiltərə və İtaliyadan gələ bilər.

Ximenes gedərsə, "Milan" qışda "Napoli"dən Lorenzo Lukkini icarə əsasında almağı nəzərdən keçirir. Futbolçu Massimiliano Alleqrinin xoşuna gəlir və əməliyyat Lorenzo ilə Ruben Loftus-Çikin dəyişdirilməsi şəklində həyata keçirilə bilər.

Bundan əlavə, Milan klubuna Mauro İkardinin də transferi təklif olunub. Argentina hücumçusunun "Qalatasaray" ilə müqaviləsi iyunda başa çatır və o, komandada kifayət qədər oyun vaxtı ala bilmir

Xəbər xətti