Mövsümün sonunda "Cenoa" ilə müqaviləsi başa çatan Ruslan Malinovski İtaliyada klubunu dəyişə bilər.
Sportal.az xəbər verir ki, "Yuventus" və "İnter" ukraynalı futbolçu ilə maraqlanır. Bu barədə insayder Ben Ceykobs məlumat yayıb.
Hər iki klub Malinovskinin çıxışını yaxından izləyir. İtaliya nəhəngləri yayda azad agent statusunda olacaq 32 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə danışıqlara başlamağı planlaşdırır.
Qeyd edək ki, "Cenoa" Ruslan Malinovskini 2024-cü ilin yanvar ayında "Marsel"dən 7 milyon avroya transfer edib. Ukrayna millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 13 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
