Premyer Liqa klubu "Bavariya"nın müdafiəçisini transfer etmək istəyir

12:22 - 13 Dekabr 2025

"Bavariya"nın futbolçusu Saşa Boe karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır. 

Sportal.az xəbər verir ki, "Kristal Pelas" fransalı müdafiəçini transfer etmək istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

London klubu Boeni yanvar ayında heyətinə qatmağı planlaşdırır. Bundesliqa nəhəngində əsas heyətə düşə bilməyən 25 yaşlı sağ cinah müdafiəçisi özü də İngiltərəyə yollanmağa isti yanaşır.

Qeyd edək ki, "Bavariya" Saşa Boeni 2024-cü ilin əvvəlində "Qalatasaray"dan 30 milyon avroya transfer edib. Fransa U-21 millisinin sabiq üzvü bu mövsüm Münhen təmsilçisinin heyətində meydana çıxdığı 18 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti