"Qalatasaray" "Real"ın müdafiəçisi ilə maraqlanır

15:02 - 13 Dekabr 2025

"Real"ın müdafiəçisi Antonio Rüdiger karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Qalatasaray" almaniyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

İstanbul nəhənginin baş məşqçisi Okan Buruk rəhbərlikdən Rüdigerin heyətə cəlb olunmasını istəyib. "Sarı-qırmızılar" "kral klubu" ilə 6 aylıq müqaviləsi qalan 32 yaşlı mərkəz müdafiəçisini yanvar ayında rənglərinə bağlamağa çalışacaq.

Qeyd edək ki, Antonio Rüdiger 2022-ci ilin yayından "Real"da çıxış edir. Almaniya millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində 10 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti