Hakimi təhqir edən futbolçuya 6 oyunluq cəza verildi

19:09 - 26 Dekabr 2025

İspaniya Futbol Federasiyasının İntizam Komitəsi "Sevilya"nın müdafiəçisi Markaoya ağır cəza verib.

Sportal.az xəbər verir ki, braziliyalı futbolçu 6 oyunluq cəzalandırılıb. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Markaonun ağır cəza almasının səbəbi La Liqanın 17-ci turunun "Real"la oyunundakı (0:1) davranışları olub. 29 yaşlı mərkəz müdafiəçisi qırmızı vərəqə aldıqdan sonra matçın baş hakimini təhqir və təhdid edib. 

Qeyd edək ki, "Sevilya" Markaonu 2022-ci ilin yayında "Qalatasaray"dan 13 milyon avroya transfer edib. Təcrübəli oyunçu bu mövsüm La Liqa təmsilçisinin heyətində 13 rəsmi matçda 1 qol vurub.

Xəbər xətti