"Sarriyə görə az qala siqaret çəkməyə başlayacaqdım"

19:59 - 26 Dekabr 2025

“Çelsi”nin sabiq futbolçusu David Luiz İngiltərə klubunda birlikdə çalışdığı baş məşqçi Mauritsio Sarri barədə danışıb.

Sportal.az xəbər verir ki, braziliyalı müdafiəçi italiyalı mütəxəssisin möhtəşəm insan olduğunu deyib:

“Sarriyə görə az qala siqaret çəkməyə başlayacaqdım. Hər gün məni otağına çağırır və futboldan danışmalı olduğumuzu deyirdi. Daim siqaret çəkir, söhbət edirdi. Mən isə "Zəhmət olmasa, pəncərəni açaq" deyirdim. Sarri isə "Sus, futboldan danışmalıyıq" cavabını verirdi. O, möhtəşəm baş məşqçi və gözəl insan idi”.

Sarri dönəmində “Çelsi” ilə UEFA Avropa Liqasının qalibi olan David Luiz sözlərinə belə davam edib:

“Sarri medal üçün uşaq kimi həyəcanlanırdı. Mən də onun adına çox sevinmişdim - həyatımda qazandığım bütün çempionluqlardan da çox. Çünki o, böyük bir ehtirasla gəlmişdi və bir ayın içində hər şeyi dəyişmək istəyirdi. Onu sakitləşdirməyə çalışanlardan biri də mən idim. Ona "Sakit ol, bura Neapol deyil" demişdim”.
David Luiz sonda isə bunları deyib:

Xəbər xətti