"Mançester Siti"nin müdafiəçisi Natan Ake karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Barselona" niderlandlı futbolçunu transfer etmək istəyir. Bu barədə "Diario Sport" nəşri məlumat yayıb.
Kataloniya təmsilçisinin planı 30 yaşlı mərkəz müüdafiəçisini icarəyə götürməkdir.
Qeyd edək ki, "Mançester Siti" Natan Akeni 2020-ci ilin yayında "Bornmut"dan 45 milyon avroya transfer edib. Niderland millisinin üzvü bu mövsüm "şəhərlilər"in heyətində 15 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi
