Almaniya Bundesliqasında 18-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibi olan "Ayntraxt" səfərdə "Verder"in qonağı olub. Qarşılaşma 3:3 hesablı bərabərliklə başa çatıb.
Xallarını 27-yə yüksəldən Frankfurt təmsilçisi turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
Qeyd edək ki, "Qarabağ" - "Ayntraxt" qarşılaşması 21 yanvar tarixində Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 21:45-də start götürəcək.
saytlarin hazirlanmasi
