"Anje"nin hücumçusu Sidiki Şerif karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Kristal Pelas" fransalı futbolçunu transfer etməyə yaxındır. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
London klubu Şerifin özü ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. "Kristal Pelas" 19 yaşlı forvard üçün 20 milyon avroluq təklif göndərib. Klublar arasında anlaşma əldə olunsa, keçid qarşıdakı günlərdə rəsmiləşəcək.
Qeyd edək ki, Sidiki Şerif "Anje"nin yetirməsidir. Gənc oyunçu bu mövsüm Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 18 rəsmi matçda 4 qol vurub.
saytlarin hazirlanmasi
