Azərbaycan Kuboku: "Zirə" yarımfinalda - YENİLƏNİB

20:52 - 3 Mart 2026

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab matçlarına start verilib.

Sportal.az xəbər verir ki, ilk oyun günündə cəmi bir matç baş tutub.

"Zirə" "Sumqayıt"ı qəbul edib. Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv 2:0 hesablı qələbə qazanaraq yarımfinala yüksəlib.

1/4 final mərhələsinin qalan cavab oyunları sabah və birigün keçiriləcək.

Azərbaycan kuboku, 1/4 final
Cavab oyunu

3 mart

"Zirə" - "Sumqayıt" 2:0
Qollar:
David Volkov, 27,Ceyhun Nuriyev, 88
Qırmızı vərəqə: Nikola Ninkoviç
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabarov
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Zirə İdman Kompleksinin stadionu, 19:00.
İlk oyun - 0:0

Xəbər xətti