FIFA 2026-cı il dünya çempionatının rəsmi posterini təqdim edib.
Sportal.az xəbər verir ki, turnir yayda ABŞ, Kanada və Meksikada keçiriləcək.
Qurumun açıqlamasında bildirilir:
“Bu turnir dünya çempionatları tarixində ilk dəfə üç ölkənin birgə ev sahibliyi etdiyi turnirdir. Rəsmi poster bu unikal anın əməkdaşlıq ruhunu, həyəcanını və birliyini tərənnüm edir.
Dünya çempionatları tarixində ilk dəfə üç rəssam FIFA turnirinin rəsmi posterini yaratmaq üçün bir araya gəlib. Karson Tinq (Kanada), Minerva GM (Meksika) və Hank Villis Tomas (ABŞ) öz istedad və üslublarını birləşdirərək futbol sevgisinin dünyanı necə bir araya gətirdiyini nümayiş etdirən əsər yaradıblar.”
saytlarin hazirlanmasi
