Premyer Liqa tarixinin ən yaxşı transferləri - ilk 20-lik

22:02 - 14 Yanvar 2026

Tyerri Anri ESPN versiyasına görə İngiltərə Premyer Liqa tarixinin ən yaxşı transferidir. Salah – 2-ci, Azar – 5-ci, Ronaldo – 7-ci yerdədir.

Sportal.az xəbər verir ki, ESPN Anrinin transferini Premyer Liqa tarixində ən uğurlu keçid hesab edib. Nəşr Premyer Liqa tarixindəki ən yaxşı transferlərdən ibarət siyahı tərtib edib.

50 transferi əhatə edən reytinq hazırlanarkən aşağıdakı meyarlar nəzərə alınıb: futbolçu transferdən əvvəl başqa bir klubun əsas heyətində çıxış etməli idi (akademiyadan keçidlər nəzərə alınmayıb), keçid daimi əsasda olmalı idi (icarələr daxil deyil), futbolçunun digər klublardakı uğurları hesaba alınmayıb.

İlk 20-lik

20.David Silva – “Valensiya”dan “Mançester Siti”yə, 28,8 mln avro (2010/11 mövsümü).

19. Klod Makelele – “Real”dan “Çelsi”yə, 20 mln avro (2003/04).

18. Vircil van Deyk – “Sauthempton”dan “Liverpul”a, 84,7 mln avro (2017/18).

17. Rio Ferdinand – “Lids”dən “Mançester Yunayted”ə, 46 mln avro (2002/03).

16. Rodri – “Atletiko”dan “Mançester Siti”yə, 70 mln avro (2019/20).

15. Kevin de Bruyne – “Volfsburq”dan “Mançester Siti”yə, 76 mln avro (2015/16).

14. Dennis Berqkamp – “İnter”dən “Arsenal”a, 11,3 mln avro (1995/96).

13. Didye Droqba – “Marsel”dən “Çelsi”yə, 38,5 mln avro (2004/05).

12. Roy Kin – “Nottingem Forest”dən “Mançester Yunayted”ə, 4,4 mln avro (1993/94).

11. Ueyn Runi – “Everton”dan “Mançester Yunayted”ə, 37 mln avro (2004/05).

10. Erik Kantona – “Lids”dən “Mançester Yunayted”ə, 1,8 mln avro (1992/93).

9. Alan Şirer – “Sauthempton”dan “Blekbern”ə, 4,5 mln avro (1992/93).

8. Erlinq Holand – “Borussiya” Dortmunddan “Mançester Siti”yə, 60 mln avro (2022/23).

7. Kriştiano Ronaldo – “Sportinq”dən “Mançester Yunayted”ə, 19 mln avro (2003/04).

6. Patrik Vieyra – “Milan”dan “Arsenal”a, 5,4 mln avro (1996/97).

5. Eden Azar – “Lill”dən “Çelsi”yə, 35 mln avro (2012/13).

4. Frenk Lempard – “Vest Hem”dən “Çelsi”yə, 16 mln avro (2001/02).

3. Serxio Aquero – “Atletiko”dan “Mançester Siti”yə, 40 mln avro (2011/12).

2. Məhəmməd Salah – “Roma”dan “Liverpul”a, 42 mln avro (2017/18).

1. Tyerri Anri – “Yuventus”dan “Arsenal”a, 16,1 mln avro (1999/2000).

Xəbər xətti