Kriştiano Ronaldo zədələndi

20:22 - 4 Mart 2026

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, komandanın kapitanı Kriştiano Ronaldo sıradan çıxıb. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Portuqaliyalı hücumçu baldır əzələsindən zədə alıb. 41 yaşlı futbolçunun bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Qeyd edək ki, Kriştiano Ronaldo bu mövsüm "Əl-Nəsr"in heyətində meydana çıxdığı 26 rəsmi matçda 22 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti