"Real" yayda hazırda "Milan"ı çalışdıran Massimiliano Allegrini baş məşqçi postuna gətirmək üçün üçüncü cəhdini edə bilər.
Sportal.az xəbər verir ki, İspaniya klubu italiyalı mütəxəssisi hər zaman yüksək qiymətləndirib. Alleqri iki dəfə (2019 və 2021-ci illərdə) Madrid təmsilçisi ilə müqavilə imzalamağa yaxın olub.
Xabi Alonso və Alvaro Arbeloa ilə uğursuz təcrübələrdən sonra klub prezidenti Florentino Peres komandaya sabitlik gətirə biləcək təcrübəli məşqçi seçmək niyyətindədir.
Alleqri Yürgen Kloppla birlikdə əsas namizədlərdən biri hesab olunur. Lakin almaniyalı mütəxəssis hazırda "Red Bull" strukturlarını tərk etməyi planlaşdırmır. Alleqri üçün "Real" İtaliyadan kənarda ilk iş təcrübəsi ola bilər.
“Milan” hazırda onun rəhbərliyi altında A Seriyasında 2-ci pillədə qərarlaşıb və "İnter"10 xal geri qalır. Daha əvvəl yayılan məlumatlara görə, baş məşqçi rəhbərliyin fəaliyyəti ilə bağlı narazılıq səbəbindən yayda klubu tərk edə bilər.
saytlarin hazirlanmasi
