Səudiyyə Ərəbistanı klubu tanınmış futbolçu ilə danışıq aparır

13:47 - 15 Yanvar 2026

Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubu heyətini Serbiya millisinin yarımmüdafiəçisi Nemanya Qudellə gücləndirmək istəyir.

Sportal.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, ərəblər Ciddə şəhərinin təmsilçisi 34 yaşlı yarımmüdafiəçi üçün “Sevilya”ya rəsmi təklif də göndərib.

Təcrübəli futbolçunun Əndəlusiya klubu ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. Yaxın günlərdə keçidin rəsmiləşib-rəsmiləşməyəcəyi dəqiqləşəcək.

Qudel karyerası ərzində “AZ Alkmaar”, “Ayaks”, “Tianjin Teda”, “Quanjou Everqrand”, “Sportinq”(Lissabon) klublarında oynayıb və 2019-cu ildə “Sevilya”ya keçib.
 

Xəbər xətti